
Şəklin mənbəyi, Qaradağ İH
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rüşvətə görə, Qaradağ İcra başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslər həbs edilib, Baş prokurorluq elan edib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Noyabrın 3-də elan edilib ki, icra başçısının müavini ilə birgə qurumun üç işçisi Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev istintaqa cəlb edilib.
Həmçinin İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəisinin müavini Zülfüqar Mansurov da ittiham olunanlardan biri olub.
Baş Prokurorluq bildirib ki, onlar Qaradağda torpaq sahələrinin dövlət qeydiyyatına alınmasına görə ayrı-ayrı şəxslərdən rüşvət almaqda ititham olunurlar.
Onlar Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma ilə bağlı maddələri ilə günahlandırılıblar.
Məhkəmə bu işə görə, üç vəzifəli şəxsi həbs edib, digər iki şəxs haqqında polis nəzarətinə vermə qərarı verib.
Həbs olunduqları deyilən məmurların özlərinə qarşı ittihamlara münasibəti məlum deyil.
Bir neçə gün əvvəl də Balakənin icra başçısı İslam Rzayevin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı deyilir.
Xəbər yayılandan sonra Prezident İlham Əliyev onu vəzifəsindən azad edib.
Azərbaycanda icra hakimiyyətlərində və müxtəlif nazirlik və dövlət xidmətlərində həbslər ilk hal deyil.
2020-ci ilin ilk 5 ayı ərzində Azərbaycanda həbs edilib sonra işdən çıxarılan icra başçısının sayı 6 olub.
Həmin şəxlərin çoxu “səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında” ittiham olunublar.


