
Bakı. Trend:
Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament
binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik
etdiyi senator qrupu ilə görüşüb.
Trend bu barədə
Medianın İnkişafı Agentliyinə (MEDİA) istinadən xəbər verir.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın
İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı
fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və nümayəndə
heyətinin digər üzvləri iştirak ediblər.
Görüşdə iki ölkə arasında institusional dialoqun
gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi
sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi
və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.
MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media
sahəsində həyata keçirilən islahatlar, bu təşəbbüslərin hüquqi
bazası, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi
istiqamətində görülən işlərdən bəhs edərək bildirmişdir ki, media
resurslarının rəqəmsal informasiya mühitinə inteqrasiyası,
innovativ həllərin tətbiqi, süni intellektin istifadəsində hüquqi
və etik çərçivələrin formalaşdırılması istiqamətində mühüm
tədbirlər həyata keçirilir. O, həmçinin bu sahələrdə ikitərəfli
əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulanıb.
İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media
tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar
barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan media mühitinin
şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai
yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar
atılıb.
Görüş zamanı Rumıniya tərəfi ölkənin media və hüquq sahəsindəki
qanunvericilik təcrübəsini təqdim etmişdir. Bildirilmişdir ki,
Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı,
dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə
olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun
qanunvericilik çərçivəsini təkmilləşdirmişdir.
Vüqar Əliyev çıxışında Azərbaycan mediasının beynəlxalq
əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələrdən və
informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən
işlərdən bəhs etmişdir. O, Rumıniya ilə bu istiqamətdə qarşılıqlı
əməkdaşlığın regional media sabitliyinə və qarşılıqlı etimada töhfə
verəcəyini qeyd etmişdir.
Səfir Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji
tərəfdaşlığın yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də
informasiya və kommunikasiya müstəvisində dərinləşdiyini qeyd
etmişdir. O, bildirmişdir ki, belə görüşlər Azərbaycan-Rumıniya
münasibətlərinin humanitar və institusional əsaslarını daha da
möhkəmləndirir.
Eyni zamanda, senator Kristian-Avqustin Nikulesku-Tağârlaş bir
neçə gün öncə Rumıniya Parlamentinin prezidenti Mircea Abrudeanın
Azərbaycana rəsmi səfərinə və onun Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşə toxunmuşdur. O,
bu görüşü ölkələrimiz arasında strateji əməkdaşlığın yüksək
səviyyədə inkişaf etməsinin bariz təzahürü kimi
qiymətləndirmişdir.
Görüşdə həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri,
Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti,
enerji və media diplomatiyası, eləcə də informasiya məsuliyyətinin
artırılması və təbliğata qarşı mübarizə kimi məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Sonda senator Kristian-Avqustin Nikulesku-Tağârlaş görüşün
nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, Rumıniya və
Azərbaycan arasında hüquqi və media əməkdaşlığı Avropa İttifaqı ilə
Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə
Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament
binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik
etdiyi senator qrupu ilə görüşmüşdür. Görüşdə Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov,
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın
Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və
nümayəndə heyətinin digər üzvləri iştirak etmişlər.
Görüşdə iki ölkə arasında institusional dialoqun
gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi
sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi
və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə
olunmuşdur.
MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media
sahəsində həyata keçirilən islahatlar, bu təşəbbüslərin hüquqi
bazası, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi
istiqamətində görülən işlərdən bəhs edərək bildirmişdir ki, media
resurslarının rəqəmsal informasiya mühitinə inteqrasiyası,
innovativ həllərin tətbiqi, süni intellektin istifadəsində hüquqi
və etik çərçivələrin formalaşdırılması istiqamətində mühüm
tədbirlər həyata keçirilir. O, həmçinin bu sahələrdə ikitərəfli
əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media
tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar
barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycan media
mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək
və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm
addımlar atılmışdır.
Görüş zamanı Rumıniya tərəfi ölkənin media və hüquq sahəsindəki
qanunvericilik təcrübəsini təqdim etmişdir. Bildirilmişdir ki,
Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı,
dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə
olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun
qanunvericilik çərçivəsini təkmilləşdirmişdir.
Vüqar Əliyev çıxışında Azərbaycan mediasının beynəlxalq
əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələrdən və
informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən
işlərdən bəhs etmişdir. O, Rumıniya ilə bu istiqamətdə qarşılıqlı
əməkdaşlığın regional media sabitliyinə və qarşılıqlı etimada töhfə
verəcəyini qeyd etmişdir.
Səfir Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji
tərəfdaşlığın yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də
informasiya və kommunikasiya müstəvisində dərinləşdiyini qeyd
etmişdir. O, bildirmişdir ki, belə görüşlər Azərbaycan-Rumıniya
münasibətlərinin humanitar və institusional əsaslarını daha da
möhkəmləndirir.
Eyni zamanda, senator Kristian-Avqustin Nikulesku-Tağârlaş bir
neçə gün öncə Rumıniya Parlamentinin prezidenti Mircea Abrudeanın
Azərbaycana rəsmi səfərinə və onun Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşə toxunmuşdur. O,
bu görüşü ölkələrimiz arasında strateji əməkdaşlığın yüksək
səviyyədə inkişaf etməsinin bariz təzahürü kimi
qiymətləndirmişdir.
Görüşdə həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri,
Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti,
enerji və media diplomatiyası, eləcə də informasiya məsuliyyətinin
artırılması və təbliğata qarşı mübarizə kimi məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Sonda senator Kristian-Avqustin Nikulesku-Tağârlaş görüşün
nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, Rumıniya və
Azərbaycan arasında hüquqi və media əməkdaşlığı Avropa İttifaqı ilə
Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm
töhfə verəcək. Tərəflər gələcəkdə bu istiqamətdə birgə
təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəlmişlər.mühüm
töhfə verəcək. Tərəflər gələcəkdə bu istiqamətdə birgə
təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəlmişlər.

