
Bakı. Trend:
Şuşa şəhərinin Dəmir yumruq küçəsi, giriş 56-da yerləşən Qız
məktəbində əsaslı təmir işləri aparılacaq.
Trend dövlət
satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki,
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi artıq bununla bağlı müvafiq
işlərə başlayıb.
Qurum sözügedən işlərin 2,3 milyon manata başa gələcəyini
proqnozlaşdırıb.
Qeyd edək ki, Qız məktəbi XIX əsr yerli əhəmiyyətli memarlıq
abidəsidir.
Şuşa şəhəri işğaldan azad ediləndən sonra məktəbin bərpası ilə
əlaqədar layihələndirilmə işləri görülür.


