Bakı. Trend:
Danimarka hökuməti Ukrayna mədəni irs fonduna 1,3 milyon avro
vəsait ayırmağı planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə krallığın Avropa İttifaqı Şurasındakı
nümayəndəliyinin saytında dərc olunmuş məlumatda qeyd olunur.
Ayrılacaq vəsait Ukraynada binaların, abidələrin və muzeylərin
bərpasına sərf olunacaq. Qeyd olunan vəsait yalnız Danimarka
parlamentinin maliyyələşmə ilə bağlı müvafiq qərar çıxarmasından
sonra ayrılacaq.
Qeyd edək ki, noyabrın 3-də Kopenhagendə Avropa İttifaqına üzv
dövlətlərin mədəniyyət nazirlərinin qeyri-rəsmi toplantısı
keçirilir. Toplantıda Ukraynadan olan nümayəndələr də iştirak
edirlər.

