Bakı. Trend:
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl
Rusiyadan Avropa İttifaqı ölkələrinə polad idxalının tamamilə
qadağan edilməsini tələb edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Rusiyada istehsal olunan və Aİ-də emal edilən polad lövhələrə
hələ də sanksiyalar şamil olunmur. Rusiyadan polad idxalını tam
şəkildə və dərhal dayandırmaq lazımdır”, – deyə o, DPA agentliyinə
müsahibəsində bildirib.
Bununla yanaşı, Klinqbayl Aİ-də polad istehsalı sahəsinin
inkişafı məsələsində “daha çox Avropa vətənpərvərliyi” nümayiş
etdirməyə çağırıb.

