Mərkəzi Bank “İnci Kredo Kredit İttifaqı”nın lisenziyasını ləğv edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İnci Kredo Kredit İttifaqı” MMC-nin lisenziyası ləğv olunub.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.




Qeyd edək ki, iyulda “İnci Kredo” Kredit İttifaqı MMC tərəfindən
2025-ci ilin II rübü üzrə hesabatların “Kredit ittifaqlarının
prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri
pozularaq gecikmə ilə təqdim edilməsinə görə “Kredit ittifaqına
bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi
Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İnci Kredo”
Kredit İttifaqı MMC-yə bu hesabatların qanunvericiliklə müəyyən
edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş
verilmişdi.