Kamçatka sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının məlumatında bildirilib.
Yeraltı təkanlar Moskva vaxtı ilə saat 06:55-də qeydə alınıb. Zəlzələnin episentri 42,5 km dərinlikdə, Petropavlovsk-Kamçatski şəhərindən təxminən 397 km məsafədə yerləşib.
İlkin məlumatlara görə, dağıntı və yaralanan yoxdur.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

