
Bakı. Trend:
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) enerji
transformasiyası və dayanıqlı iqtisadi fəaliyyətə keçid sahəsində
təcrübəsini bölüşüb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərimiz çərçivəsində
ADIPEC Sərgisi və Konfransının açılış mərasimində iştirak etdik.
Neft və qaz sənayesindəki müasir texnologiyaların və innovativ
həllərin nümayiş edildiyi bu tədbirdə energetika sahəsində
yenilikləri, rəqəmsallaşma və bərpa olunan enerji strategiyalarını
izlədik. Enerji transformasiyası və dayanıqlı iqtisadi fəaliyyətə
keçid sahəsində ölkəmizin təcrübəsini bölüşdük”, – paylaşımda qeyd
edilib.
Qeyd edək ki, The Abu Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı
(ADIPEC) dünyanın hər yerindən peşəkarları, qərar qəbul edənləri və
innovatorları cəlb edən neft və qaz sektoru üçün dünyanın ən böyük
tədbirlərindən biridir. Hər il bu mötəbər sərgi enerji, neft
texnologiyası və sənayedə davamlılıq sahəsində ən son nailiyyətləri
nümayiş etdirir.

