Yamaykada “Melissa” qasırğası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Baş səhifə

Oktyabrın sonunda Yamaykaya çırpılan ən yüksək — beşinci kateqoriyalı “Melissa” qasırğası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin baş naziri Endryu Holness məlumat verib.

Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilmişdi.