Sumqayıtda avtomobil kanala düşdü – Yaralananlar var

Baş səhifə

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, “Toyota Camry” markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.