Rusiyada yeni atom sualtı qayığı suya buraxılıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Severodvinsk şəhərində “Xabarovsk” atom sualtı qayığı
suya endirilib.

Trend xəbər verir
ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat
yayıb.




Bildirilib ki, suya buraxılma mərasiminə müdafiə naziri Andrey
Belousov rəhbərlik edib.

Nazirliyin məlumatına görə, “Xabarovsk” atom sualtı qayığı
müxtəlif növ silahlarla, o cümlədən müxtəlif təyinatlı
robotlaşdırılmış vasitələrlə təchiz olunub.