Xaçmaz rayonunda 1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat
rəhbərləri, kənd təsərrüfatı işçiləri və fermerlər əvvəlcə Ulu
Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderin
xatirəsini ehtiramla yad ediblər.

Trend
xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat
yayıb.

Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən
biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac
imkanlarının genişlənməsi və bölgələrin inkişafında mühüm rol
oynadığını vurğulayıb.




Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar
islahatlar və dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında müasir
yanaşmalar formalaşıb. Xaçmaz rayonunda da intensiv meyvə
bağlarının sahəsi ildən-ilə genişlənir, yeni təsərrüfatlar və emal
müəssisələri yaradılır.

Digər çıxış edənlər də kənd təsərrüfatına göstərilən dövlət
dəstəyini, subsidiya mexanizmlərini və yeni texnologiyaların
tətbiqinin məhsuldarlığa təsirini vurğulayıblar.

Sonda kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup əməkdaşa
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim
edilib.