Bakı. Trend:
Hindistanın Andhra-Pradeş ştatının Şrikakulam şəhərində yerləşən
məbəddə düşən basırıq zamanı azı 10 nəfər həlak olub.
Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.
Yerli hakimiyyət orqanları nümayəndələrinin verdiyi məlumata
görə, basırıq insanların məbədə kütləvi şəkildə axın etməsi
səbəbindən baş verib.
Hadisə yerinə gələn polis bir müddət sonra vəziyyəti nəzarət
altına alıb.
Ölənlərlə yanaşı, basırıqda onlarla insanın yaralandığı
bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

