Azərbaycanda ən çox hansı sahələrə kredit qoyulub? – SİYAHI

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu
üzrə kredit portfeli 31,042 milyard manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı
hesablamaya görə, bu, aylıq müqayisədə 577,2 milyon manat və ya
1,9%, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən isə 2,6
milyard manat və ya 9,3% çoxdur.




Dövr ərzində Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən ən çox kredit ev təsərrüfatına qoyulub.
Belə ki, bu ilin oktyabrın 1-nə sözügedən sahəyə qoyulmuş
kreditlərin həcmi 18,469 milyard manata çatıb. Bu isə ötən ilin
eyni dövründəki göstərici ilə müqayisədə 2,1 milyard manat və ya
12,8% çoxdur.

Bundan başqa, hesabat dövründə banklar və qeyri-banklar
tərəfindən ticarət və xidmət sektoruna 4,281 milyard manat (+6%),
nəqliyyat və rabitə sektoruna 2,095 milyard manat (+18,1%), inşaat
və tikinti sektoruna 1,820 milyard manat (-3,4%), sənaye və
istehsal sektoruna 1,674 milyard manat (+11,6%), mədənçıxarma və
elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 709,9
milyon manat (-16,6%), kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq sektoruna 563,4 milyon manat (+6,4%) kredit qoyulub.