Bakı. Trend:
Venesuela ABŞ-nin hərbi təzyiqlərinə cavab olaraq Rusiya, Çin və
İrandan kömək istəyib.
Trend-in məlumatına görə, bu barədə “The Washington Post” qəzeti
xəbər verib.
Məlumata əsasən, Venesuela prezidenti Nikolas Maduro Rusiya
prezidenti Vladimir Putinə konkret xahişlərin sadalandığı məktub
göndərib. İddialara görə, sənəd Rusiya rəhbərliyinə Venesuela
nəqliyyat naziri Ramon Velaskes tərəfindən oktyabrın əvvəlində
Maduronun Moskvaya səfəri zamanı təqdim edilib.
Maduro, xüsusən də, Rusiyadan Venesuelanın hava hücumundan
müdafiə sistemlərinin gücləndirilməsində, əvvəllər Karakas
tərəfindən Moskvadan alınan təyyarələrin təmirində və raket
silahlarının əldə edilməsində kömək istədiyi iddia edilib.

