CNN: Pentaqon Ukraynaya “Tomahawk” raketlərinin ixracını təsdiqləyib

Baş səhifə
CNN: Pentaqon Ukraynaya Tomahawk raketlərinin ixracını təsdiqləyib

Pentaqon Ukraynaya uzaq mənzilli “Tomahawk” qanadlı raketlərinin çatdırılmasını təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə CNN vəziyyətlə tanış olan üç Amerika və Avropa rəsmisinə istinadən məlumat yayıb.

Lakin medianın məlumatına görə, son qərarın qəbulu ABŞ Prezidenti Donald Trampa verilib. Hərbi ekspertlər sadəcə olaraq çatdırılmanın ABŞ Ordusunun döyüş hazırlığına təsir etməyəcəyi və ya vacib silah ehtiyatlarını azaltmayacağı qənaətinə gəliblər.

Mənbələrə görə, sənəd artıq Ağ Evə göndərilib. Məsələ artıq siyasi aləmə daxil olur.