
Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
“Report”un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.
Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.
Saxlanılanlar korrupsiya cinayətlərində təqsirləndirilirlər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


