
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 131,9 milyon ABŞ
dolları dəyərində karbamid ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
41,9 milyon ABŞ dolları və ya 46,5% çoxdur.
Təkcə sentyabrda isə Azərbaycan 17,1 milyon ABŞ dolları
dəyərində karbamid ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə
müqayisədə 5,6 milyon ABŞ dolları və ya 48,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil
edib.


