Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji
Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək P.Hacıyev
ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb
müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.

P.Hacıyev 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb
fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası,
2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq
təhsili alıb.

Bundan əlavə tibb müəssisəsinə direktor müavini – baş həkim
təyinatı da baş tutub.




Xəstəxananın direktor müavini – baş həkim vəzifəsinə Elçin
Mustafayev təyin olunub.

E.Mustafayev ixtisasca uroloqdur və yeni təyinata qədər eyni
tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra
edib.

E.Mustafayev 1994-2000-ci illərdə Azərbaycan Tibb
Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə
Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura,
2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. O, 2007-ci ildə
Moskva Urologiya Elmi-Tədqiqat İnstitutu, 2008-ci ildə isə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası tərəfindən tibb elmləri namizədi elmi dərəcəsini
alıb.

Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi
kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini
verib.