
Bakı. Trend:
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı
külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz
dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Trend bu barədə
DİN-ə istinadən xəbər verir.
Bildirilib ki, tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri
cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov
saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş
marixuana aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin
satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla
bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.

