
Bakı. Trend:
Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun
mərhələyə çatır.
Trend xəbər
verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
“Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin
qurulması istiqamətində ərazidə gərgin şəkildə çalışır”, deyə
Hikmət Hacıyev bildirib.

