Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayılın Horovlu kəndində olublar

Baş səhifə
Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayılın Horovlu kəndində olublar

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Cəbrayıl rayonunun Horovlu kəndində olublar.

“Report” xəbər verir ki, burada onlara işğaldan azad ediləndən sonra kənddə aparılmış bərpa-quruculuq işləri və yaradılmış şərait barədə məlumat verilib.

Qeyd edək ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 20-ci səfəridir.