AzMİU tələbəsi beynəlxalq və respublika səviyyəli “Jiu-Jitsu” yarışlarında uğur qazanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat
mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi
Rəşid-Tağı Mirzəyev həm ölkə, həm də beynəlxalq səviyyədə
“Brazilian Jiu-Jitsu” idman növü üzrə əldə etdiyi nailiyyətlərlə
fərqlənib.

Rəşid-Tağı Mirzəyev 2025-ci ildə keçirilən “AJP TOUR TURKEY
NATIONAL JIU-JITSU CHAMPIONSHIP – GI & NO-GI” turnirində “Men’s
No-Gi/Blue/Amateur/62 kg” kateqoriyasında uğurla çıxış edib. O,
həmçinin “Grappling” üzrə Respublika Birinciliyi və Çempionatında
da dəfələrlə fəxri yerlərə layiq görülüb.

O, indiyədək qazandığı uğurlarla Azərbaycan idmanının inkişafına
və AzMİU-nun adının beynəlxalq arenada tanıdılmasına töhfə
verib:

– 2 dəfə Respublika üzrə 1-ci yer,

– 2 dəfə Respublika üzrə 2-ci yer,

– 2 dəfə Bakı üzrə 3-cü yer,




– 2 dəfə Bakı üzrə 2-ci yer,

– 2 dəfə Bakı birinciliyi üzrə 2-ci yer,

– Assosiasiya kuboku – 2-ci yer.

2017-ci ildən “Brazilian Jiu-Jitsu” ilə məşğul olan Rəşid-Tağı
Mirzəyev hazırda “Submachine Jiu-Jitsu” komandasının üzvüdür.
Bundan əvvəl o, Cüdo idman növü ilə də məşğul olub.

Qeyd edək ki, AzMİU-da tələbələrin idmana marağının artırılması,
sağlam həyat tərzinin təşviqi və fiziki hazırlığının
gücləndirilməsi üçün hər cür şərait yaradılıb. Universitetdə müasir
İdman Kompleksi və müxtəlif idman klubları fəaliyyət göstərir,
tələbələr arasında mütəmadi olaraq yarışlar və idman layihələri
təşkil olunur.