
“Yuventus”un yeni baş məşqçisinin adı məlum olub.
Metbuat.az xəbər verir ki, bu vəzifəyə Luçano Spalletti təyin olunub. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Spalletti ilə mövsümün sonuna qədər razılıq əldə edilib.
Qeyd edək ki, “Yuventus”un baş məşqçisi İqor Tudor istefaya göndərilmişdi. “Yuventus” İqor Tudorun rəhbərliyində son 8 oyunda qələbə qazana bilməyib və son 4 oyunda qol vura bilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


