Şirvanda yol qəzası olub, ölən və xəsarət alanlar var

Baş səhifə
Şirvanda yol qəzası olub, ölən və xəsarət alanlar var

Şirvanda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.