
Bakı. Trend:
“Toyota Motor” avtomobil konserni Yaponiyada təxminən 1,28
milyon avtomobili geri çağırır. Kütləvi çağırışa səbəb panoramik
görüntünü idarə edən proqram təminatındakı nasazlıqdır.
Trend xəbər verir
ki, bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat verib.
Qeyd olunur ki, söhbət avtomobillərdə quraşdırılmış kameraların
görüntülərini displeylərə çıxaran panoramik görüntü proqram
təminatından gedir. “Toyota” bu proqramdakı xəta nəticəsində bəzən
ekranda düzgün olmayan təsvirlərin görünə biləcəyinə
müəyyənləşdirib.
Çağırışa sentyabr 2021-2025-ci illər arasında istehsal olunmuş
42 model daxildir. Həmin proqram təminatının işləməsində 26
nasazlıq halı qeydə alınsa da bunun heç bir yol-nəqliyyat
hadisəsinə səbəb olmadığı qeyd olunur.


