Şəhid qardaşı: Bundan sonra baş çəkəcəyimiz bir məzar var

Baş səhifə
Şəhid qardaşı: Bundan sonra baş çəkəcəyimiz bir məzar var

Azərbaycan Ordusunun zabiti, 33 ildən nəşi tapılan şəhid Elçin Quliyevin qardaşı Ramiz Quliyev bundan sonra baş çəkəcəkləri bir məzar olacağını bildirib.

O, “Report”a açıqlamasında ailəsi adından buna görə Prezident İlham Əliyevə və adiyyəti qurumlara təşəkkür edib:

“Biz düşünürdük ki, bəlkə də haradansa çıxıb gələcək. Ancaq 33 ildən sonra ailəmizdə qeyri-müəyyənliyə son qoyuldu. İndi qardaşımın bir məzarı var. Yəni bundan sonra baş çəkəcəyimiz bir məzar var”.

MƏLUMAT YENİLƏNİR…