Kəlbəcərdə evdə köməksiz qalan azyaşlı belə xilas edildi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Kəlbəcər şəhəri, Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli
binanın ikinci mərtəbəsində azyaşlının mənzildə bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar
dərhal Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər Rayon Yanğından
Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə
cəlb olunub.




Bildirilib ki, xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil
olan yanğınsöndürən-xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü
il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil
veriblər.