İspaniya Türkiyənin HÜRJET təyyarələrini alacaq

Baş səhifə

Bakı. Trend:

İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngül
hücum təyyarəsi HÜRJET-in alınmasını təsdiqləyib.

Trend xəbər verir
ki, tədarükün 2028-ci ildə başlaması və HÜRJET-lərin ən azı 30 il
xidmət etməsi gözlənilir.




Türkiyə Quru Qoşunları Şurasının məlumatına görə, İspaniya ilə
təxminən 3,12 milyard avro dəyərində müqavilə imzalanacaq. Pireney
ölkəsi Türkiyədən 45 HÜRJET almağı planlaşdırır.

Qeyd edək ki, HÜRJET-in 300-cü sınaq uçuşu ötən həftə uğurla
başa çatıb.