Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşib

Baş səhifə
Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

“Report” xəbər verir ki, baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.

Qəbələdə şəhərin eyni adlı komandası “Mingəçevir”ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.

“Şamaxı” isə səfərdə “Səbail”i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, II təsnifat mərhələsinə “Neftçi” – MOİK oyunu ilə yekun vurulacaq.