Şöbə müdiri: İşğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid olub

Baş səhifə
Din

  • 29 oktyabr, 2025
  • 17:01
Şöbə müdiri: İşğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid olub

İşğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid olub.

“Report”un Cəbrayıla ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub.

“Məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq”.

O vurğulayıb ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub:

” İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar”.