Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanın 17,47 milyard manat təşkil
etmiş daxili dövlət borcunun 7,987 milyard manatını dövriyyədə olan
dövlət qiymətli kağızları, 9,60 milyard manatını isə hökumətin
üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 3
faizi 1 illik, 56,3 faizi 2 və 3 illik, 40,7 faizi isə 5 il və daha
artıq müddətli olub.

Oktyabrın 1-nə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta
Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Cari ilin 9 ayı ərzində
dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar
maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata
keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının
geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz
olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.