
Bakı.Trend:
Azərbaycan Respublikası və Belarus Respublikası arasında
iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın
Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və
Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin
rəhbərlik etdikləri nümayəndə heyəti Ağdamın Qızıl Kəngərli
kəndində olublar. Baş nazirin müavinlərinə kənddə yaradılacaq aqrar
şəhərcik haqqında məlumat verilib.
Trend xəbər
verir ki, bu barədə Nazirlər kabineti məlumat yayıb.
Bildirilib ki, aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı
ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin
hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin
iqtisadiyyatına önəmli təsiri olacaq.
Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il
oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd
təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində
aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.

