İtkin şəhidi Rəfael Abbasov ilə vida mərasimi keçirildi –

Baş səhifə

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rafael Sultan oğlu Abbasovla vida mərasimi keçirilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, mərasim şəhidin ailə üzvlərinə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində olan evdə baş tutub.

Tədbirdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Suraxanı rayonu Dədə-Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Rafael Abbasov 26 oktyabr 1975-ci ildə Qərbi Azərbaycanda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R.Abbasov 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.