Keçmiş vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib

Baş səhifə
Keçmiş vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib

Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçmiş vəkil Zabil Qəhrəmanovun şikayəti əsasında məhkəmə prosesi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, prosesdə Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmayıb və Gəncə şəhər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Zabil Qəhrəmanov məhkəmənin qərarı ilə 3 ay həbs olunub.