
Türk dövlətləri arasında müxtəlif sahələrdə olduğu kimi, sığorta sahəsində də əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları yaranıb.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025” tədbirində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu konfrans həm qarşılıqlı əməkdaşlığın yaranmasında, həm də müzakirələrin aparılmasında faydaları olacaq.
O qeyd edib ki, texnologiyanın inkişaf sürəti, hüquqi tənzinləmələrin sürətini qabaqlayır: “Bu səbəbdən də doğru müşahidələrin, doğru təhlillərin aparılmasına ehtiyac var. Müxtəlif beynəlxalq sığorta nəzarətçiləri ilə də bu məsələləri müzakirə edirik. Təbii ki, inkişafyönümlü addımlar olmalıdır, potensialın bu alətlərlə artırılması, sığorta xidmətlərinin texnoloji alətlərlə daha da təkmilləşdirməsinə zərurət var”.
V.Qurbanov qeyd edib ki, təbii olaraq da bunun yanında hüquqi tənzimləmələr də gəlməlidir: “Çünki burada data təhlükəsizliyi çox önəmlidir və sığortalıların hüquqların qorunması çox önəmlidir. Bu istiqamətdə də təbii olaraq bütün tənzimləyici kimi Mərkəzi Bank bu istiqamətdə də mütəmadi işlər aparır”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


