Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa
Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri
Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,
Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.
Trend-in
məlumatına görə, iclasda iki ölkə arasındakı ticarət dövriyyəsinin
dinamikası təhlil edilib.
Bildirilib ki, 2024-cü ildə ticarət dövriyyəsi
42 % artaraq 506 milyon dollara
çatıb.
Bununla belə, tərəflər ticarət nomenklaturasının
genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə
daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal
istifadəsini vacib hesab ediblər.

