
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə
rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi
ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat
daxil olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BA3”
markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə
sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2
nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


