
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətində
baş verən güclü zəlzələ ilə əlaqədar vəziyyətin nəzarətə
götürüldüyünü bildirib.
Trend xəbər verir ki, dövlət
başçısı bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“AFAD başda olmaqla, aidiyyəti qurumlarımız ərazidə araşdırma və
nəzarət işlərini diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından
izləyirik”, – deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:48-də Balıkesir
vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.


