Bakı. Trend:
Luvr muzeyinin qarəti ilə bağlı Paris polisinin apardığı
intensiv istintaq nəticəsində iki nəfər saxlanılıb.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, iki şübhəli hələ də axtarışdadır.
Məlumata görə, soyğunçular muzeydən qaçarkən çoxlu izlər və
əşyalar qoyublar. Bu dəlillər, eləcə də videomüşahidə görüntüləri
polisə onların izinə düşmək imkanı verib. Hadisə yerində ADN
nümunələri və barmaq izləri aşkarlanıb. İstintaqçılar qarət zamanı
və qaçış prosesindəki detallardan şübhəlilərin peşəkar olmadığını
anlayıblar. Qaçarkən oğurladıqları zinət əşyalarından biri yerə
düşüb, həmçinin cinayətdə istifadə etdikləri qaldırıcı platformanı
da hadisə yerində buraxıblar.
İstintaqa 100-dən çox müstəntiq cəlb olunub. Onlar Paris və
ətraf bölgələrdəki təhlükəsizlik kameralarının görüntülərini analiz
edərək, cinayətkarların hərəkət marşrutunu addım-addım izləyə
biliblər.

