
Bakıda evdən oğurluq olub.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birində15 min 500 manat talandığını məlum olub. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev saxlanılıb.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


