Bu il üç mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb olunub

Baş səhifə
Bu il üç mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb olunub

2025-ci il ərzində 22 region üzrə üç mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb olunub.

“Report” xəbər verir ki, bunu TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri Nigar Rüstəmli “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu il ucqar rayonlarda da müntəzəm sosial layihələr icra edilib: “Bu layihələrə autizmli uşaqlar, ahıllar da cəlb olunub”.

Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.