
Dominikan Respublikasında ən azı 1,27 milyon insan Melissa qasırğasının səbəb olduğu su sistemindəki nasazlıqlar səbəbindən şirin sudan məhrumdur.
“Report”un məlumatına görə, bu barədə “Prensa Latina” ölkənin Fövqəladə İdarəetmə Mərkəzinə istinadən xəbər yayıb.
Qasırğa 63 su təchizatı sisteminə ziyan vurub. Mərkəzin direktoru Xuan Manuel Mendez qasırğa nəticəsində 260-dan çox evin zərər gördüyünü, təxminən 1400 nəfərin evsiz qaldığını bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


