Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının
Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu
ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və
Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı
adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və
əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın
mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir,
Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.