Tramp Putinlə görüş üçün şərt qoyub

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Putinlə yalnız
Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində real sülh
razılaşmasına nail olunacağına əmin olduqda görüşəcək.

Trend xəbər verir ki, ABŞ
Prezidenti Donald Tramp bu fikri jurnalistlərə açıqlayıb.




“Biz razılaşmaya nail olacağımıza əmin olmalıyıq”, – deyə Tramp
Putinlə görüşə nə vaxt hazır olacağı barədə sualı cavablandırarkən
bildirib.

O, həmçinin Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin
gedişatından məyusluğunu ifadə edib.