
Bakı. Trend:
Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Bolqarıstana 457,9
milyon ABŞ dolları dəyərində 1,233 milyard kubmetr (qaz halında)
təbii qaz ixrac edilib.
Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
məbləğ ifadəsində 80,7 milyon dollar və ya 21,4%, həcminə görə isə
29 milyon kubmetr və ya 2,4% artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında
Azərbaycandan Bolqarıstana 1,204 milyard kubmetr təbii qaz ixrac
olunmuşdu, bu ixracın ümumi dəyəri 377,2 milyon ABŞ dolları
idi.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan
xaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyard
kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki
göstərici ilə müqayisədə dəyər ifadəsində 541,2 milyon ABŞ dolları
və ya 9,9%, həcm baxımından isə 625,9 milyon kubmetr və ya 3,9%
çoxdur.
Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycana 36,3 milyon ABŞ
dolları dəyərində 233,3 milyon kubmetr təbii qaz idxal edilib. Bu
isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,8
milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 234,4 milyon
kubmetr və yaxud 2 dəfə azdır.

