Bakı. Trend:
Amur bölgəsində hüquq-mühafizə orqanları yerli sakindən 125
kiloqram marixuana müsadirə edib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, 1983-cü il təvəllüdlü vətəndaşın mülkündə
aparılan axtarış zamanı qurudulmuş bitki mənşəli maddə aşkarlanaraq
götürülüb. Ekspertiza nəticəsində həmin maddənin marixuana olduğu
müəyyən edilib.
Açıqlamada qeyd olunur:
“Hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə təxminən 125
kq çəkidə marixuana, həmçinin kafel, bidon və prekursorlar müsadirə
ediblər.”
Narkotik vasitələr Nijnyaya Poltavka kəndində aşkar olunub.
Polisə əvvəllər məhkum olunmuş kənd sakininin qanunsuz maddələr
saxlaması barədə məlumat daxil olub və bu məlumat araşdırma zamanı
təsdiqlənib.
Faktla bağlı cinayət işi açılıb, şübhəlinin barəsində
məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi məsələsinə
baxılır.

