Bakı. Trend:
Böyük Britaniya polisi səhvən həbsdən azad edilən 41 yaşlı
Efiopiya vətəndaşı Haduş Kebatunu tapmaq üçün əməliyyat aparır.
Trend xəbər verir
ki, bu barədə “Sky News” məlumat yayıb.
Müstəntiqlərin açıqlamasına görə, sentyabr ayında Çelmsford
Məhkəməsi Kebatanı 14 yaşlı qıza və bir qadına qarşı cinsi
təcavüzdə günahlandıraraq bir il həbs cəzasına məhkum etmişdi.
Oktyabrın 24-də o, miqrasiya mərkəzinə köçürülmək üçün azadlığa
buraxılıb, lakin qaçıb.
Böyük Britaniyanın ədliyyə naziri Devid Lemmi həbsxana
sisteminin hərəkətlərindən narazılığını ifadə edərək hadisənin
araşdırılmasına çağırıb.

