
Arbitraj dünyanın ən qədim sivil və mədəni mübahisələrinin həlli metodur.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının keçmiş prezidenti və Belçikanın keçmiş Baş naziri Şarl Mişel oktyabrın 24-də Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, maraqlar toqquşanda belə qanunlar hər şeydən möhkəm olmalıdır:
“Qədim Yunanıstanda başlayan arbitraj indi bütün dünyada inkişaf edib. Bu iş qanunun aliliyinə əsaslanır. Artbitr sülhün bir nümayəndəsidir. Artbitraj tərəflərə mübahisənin həlli üçün qanuni yol təklif edir. Razılıq artbitrajın əsasını təşkil edir”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


