Bakı.Trend:
Arbitraj ən sivil mübahisələrin həlli formasıdır. Maraqlar
toqquşanda qanun gücdən möhkəm olmalıdır. Qədim Yunanıstandan
başlanaraq arbitraj daimi vərdişə çevirilib.
Trend xəbər
verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının sabiq Prezidenti
Şarl Mişel Bakı Arbitraj Mərkəzinin açılış mərasimindəki çıxışı
zamanı deyib.
O qeyd edib ki, arbitraj etibar və qanunun aliliyinə
əsaslanır:
“Arbitraj çeviklik, qərəzsizlik tələb edir. O, sülhün
yaradıcısıdr. Arbitraj göstərir ki, münaqişələr hörmət və rəğbətlə
həll oluna bilər”.
O əlavə edib ki, razılıq arbitrajın əsasını təşkil edir.
Arbitraj parçalanmış dünyanı birləşdirməyə imkan verir.

